`Günəşli` qurbanlarının ailə üzvlərinə SOCAR-da iş verilib
19:47 03 May 2016
“Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərin və “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində ölən və itkin düşənlərin ailə üzvləri SOCAR-da işlə təmin olunur.
SOCAR-dan Femida.az-a verilən xəbərə görə, ölən və itkin düşmüş neftçilərin ailə vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar SOCAR rəhbərliyinin müvafiq göstərişinə əsasən, həmin ailələrin hərəsindən bir nəfər müsabiqədən kənar müxtəlif işlərə cəlb olunub.
Neftçilərin ailə üzvlərinə bu barədə məlumatlar verilib və onlardan lazımi sənədlər yığılıb.
Artıq sənədləri qəbul edilmiş şəxslər müxtəlif şöbələrdə işləməyə başlayıblar.
İtkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Femida.az
Oxunub: 974
Oxşar xəbərlər
- `Günəşli` faciəsindən 2 il ötür
- `Günəşli` yatağındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- `Günəşli`də yeni quyu qazılır
- `Günəşli` faciəsinin qurbanları yad edilib - FOTO
- `Günəşli` yatağında qəza - Bir nəfər ölüb
- `Günəşli` yatağından - SON XƏBƏR
- `Günəşli`dəki yanğın söndürüldü
- `Günəşli` yenə yandı - FHN 9 gəmi göndərdi (Yenilənib)
- `Günəşli`də faciədən sonra ilk quyu istismara verilib
- `Günəşli` yatağı hələ də yanır — SON MƏLUMAT